Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Yazarlar

Cəmiyyətin inkişafı vətəndaş təşəbbüslərindən keçir

6 aprel / 16:22 4 dəq
6 aprel / 16:22
Burada sizin reklamınız ola bilər

Cəmiyyət və dövlət, hökumət  və xalq münasibətlərinin düzgün tənzimlənməsi, eyni zamanda tərəqqinin,  nisbi sosial ədalətin təmin edilməsi (yüz faizlik sosial ədalət olmur) ilk növbədə fərdlərin özünüdərkindən keçir. Belə ki, bütün qarşılıqlı münasibətlər tərəflərin öz  hüquqlarını dərketmə və bu hüquqların aliliyinin təmin olunmasındakı məsuliyyətini  düzgün başa düşməsi zəminində tənzimlənir. Bu da ilk növbədə fərdlərin qanunları bilməsi, qanun qarşısında hər bir fərdin ayrılıqda və cəmiyyətin ümumilikdə üzərinə düşən vəzifə və öhdəliklərin dərk olunması deməkdir.

Ən inkişaf etmiş cəmiyyətlərdə belə problemlər mövcuddur. Ən demokratik quruluşlarda belə bürokratik əngəllər, siyasi hakimiyyət mənsublarının qanuna zidd davranışları müşahidə olunur. Hətta qanunların işlək olduğu cəmiyyətlərdə, fərdlərin qanun pozuntularına, problemlərə biganəliyi, şəxsinə “birbaşa” yönəlməyən pozuntulara laqeyd münasibəti bu qanun pozuntularının zamanla adı hala çevrilməsinə şərait yarada bilir. Odur ki, inkişaf etmiş cəmiyyətlər yarana bilən problemlərin fərdi deyil, cəmiyyət həyatının ümumi bəlası olduğunu qəbul edən fərdlərin təşkil etdikləri icmalar vasitəsi ilə idarə edilir.

Cəmiyyətin icmalar vasitəsi ilə təşəkkülü hər bir fərdin dolayısı ilə dövlət idarəçiliyində iştirakına şərait yaradır. Bu idarəçilik forması problemlərin vaxtında aşkar edilməsi və həllinə məsul dövlət qurumlarının operativ müdaxiləsini təmin edir.

Sadalanan münasibətlər sistemi maariflənmədən keçir. Bu işə birbaşa, dövlət hakimiyyətini təmsil edən siyasi qüvvələr, dolayısı ilə QHT-lər və KİV-lər məsuliyyət daşıyırlar.

Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda  bu sahəyə məsul olan qurumlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər və ya gəlmək istəmirlər.

Lakin sevindirici haldır ki, ayrı- ayrı təşəbbüskar vətəndaşlarımız, ölkəmizi inkişaf etmiş dövlətlər sırasında görməyi hədəfləyən ziyalılarımız cəmiyyətimizin düzgün inkişaf yolunda irəliləməsi üçün təşəbbüslərlə çıxış edirlər.

Belə təşəbbüslərdən biri də bugünlərdə fəaliyyətə başlamış “Bölgənin səsi” elektron media layihəsidir. Əsasən cəmiyyət həyatında müşahidə edilən sosial problemlərin aşkarlanması, ictimailəşdirilməsi, müvafiq strukturların diqqətinin problemin həllinə cəlb edilməsi bu layihənin əsas məqsədidir.

Mən inanıram ki, bu təşəbbüslə çıxış edən vətənpərvər dostlarımız cəmiyyətimizin, cəmiyyətin fərdləri olaraq hər birimizin  dəstəyi ilə qarşılarına qoyduqları məqsədə nail olacaqlar. Bu işdə onlara uğurlar arzulayıram. Onların uğuru – ümumilikdə vətənimizin, hər birimizin uğurudur!

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı