Tovuzda baş verən avtomobil qəzasında dörd nəfər xəsarət alıb
Tovuz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Qərb Xəbər bildirir ki, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Nicad İsmayılov, 2005-ci il təvəllüdlü Samir Tanrıverdiyev, 1988-ci il təvəllüdlü Samir Əliyev və 1988-ci il təvəllüdlü Nəbi Əhmədov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyəti kafi və normal qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.




