Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Liderlərin Əbu-Dabi görüşündə iştirak edən ən maraqlı sima….

10 iyul / 23:49 3 dəq
Eliyev pashinyan genish
10 iyul / 23:49
Burada sizin reklamınız ola bilər

Əliyevlə Paşinyanın Əbu-Dabidə baş tutan görüşündə iştirak edən nümayəndə heyətinin tərkibi gündəmin nə olduğunu anlamağa imkan verir.

Baş nazir müavinləri – Şahin Mustafayev və Mger Qriqoryanın masada olması o deməkdir ki, sərhədin delimitasiya müzakirə edilir: tərəflərin sərhəd gündəliyində prirotet məsələ anklavların taleyidir;

– Prezidentin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryanın iştirakı Zəngəzur dəhlizinin masada olması deməkdir: dəhlizlə bağlı ABŞ-ın təklif etdiyi planın müzakirə edildiyi ehtimalı böyükdür, indiyə qədər Vaşinqtonda baş tutan müzakirələrdə də əsasən Azərbaycanı Hacıyev, Ermənistanı Qriqoryan təmsil edib;

– Xarici işlər nazirlərinin – Ceyhun Bayramov və Ararat Mirzoyanın iştirakı sülh sazişinin bütün detallarının müzakirə edildiyi deməkdir;

– Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov adətən sülh danışıqlarına dair Bakının Ermənistan konstitusiyasının dəyişdirilməsi, Minsk qrupunun buraxılması kimi konkret tələblər üzrə çıxışlar edir, onun görüşdə iştirakı bu məsələlərin masada olduğu deməkdir.

Əsas maraqlı məqamlardan biri Ruben Rubinyanın görüşdə iştirak etməsidir.

Ermənistan parlamentinin vitse-spikeri olan Rubinyan həm də Türkiyə ilə münasibətlərin normallaşması üzrə Paşinyanın təyin etdiyi xüsusi nümayəndədir. Onun görüşdə iştirakı masada Türkiyə-Ermənistan münasibətlərinin də müzakirə edildiyi kimi qəbul edilə bilər. İrəvanın əsas hədəfi Bakı ilə razılaşmaq və Ankara ilə münasibətləri bərpa edərək, sərhədlərin açılmasına nail olmaqdır. Ankara və Bakının İrəvanla münasibətlərin normallaşmasındakı gündəliyi eynidir. Görünür, Azərbaycan Əbu-Dabi görüşündə həm də Türkiyənin maraqlarını/mövqeyini təmsil edən tərəf kimi çıxış edir.

Mənbə:”Axar.az”

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı