Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Elm və Texnologiya

Qazax Müəllimlər Seminariyasında I Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib

30 yanvar / 11:14 3 dəq
E9cb6f39 10f5 3153 b87c 24c76814acb4
30 yanvar / 11:14
Burada sizin reklamınız ola bilər

Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax mərkəzində görkəmli maarifçi Firidun bəy Köçərlinin 160 illik yubileyi münasibətilə I Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib.

“Qərb Xəbər”in məlumatına görə, ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru, Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Vəfa Kazdal bildirib ki, tədbir regional müəllim və direktorlar icmasını qurmaq, əməkdaşlıq və təcrübə paylaşmaq mədəniyyətini gücləndirmək və beləliklə, təhsilin inkşafına töhfə vermək məqsədi daşıyıb.

Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Qalib Məmməd ADA Universitetinin yeni nəsil maarifpərvərlər yetişdirərək və yeni layihələr irəli sürərək “müəllim” adını daha da yüksəyə qaldırdığını söyləyib: “ADA Universiteti bu yolda tarixə nəzər salır, əməli ilə tarixə imzasını atan müəllimləri yad edir”.

Forum ADA Universitetinin Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılovanın “Müasir Pedaqoji yanaşmalar” barədə çıxışı ilə davam edib.

Daha sonra müxtəlif təhsil müəssisələrində çalışan, ADA Universitetinin təqdim etdiyi proqramların tələbələri və məzunları olan panelistlər Elza İsgəndərli, Söylü Xəlilova, Vəli Əliyev, Tünzalə Hüseynova və Aytəkin Əliyeva pedaqoji ideyalarını təqdim ediblər. Təqdimatlar təlim-tədris prosesində tətbiq ediləcək müasir pedaqoji yanaşmalar, rəqəmsal innovasiyalar, azərbaycançılıq və vətəndaşlıq mövqeyinin təhsildəki rolu kimi əhəmiyyətli mövzuları əhatə edib.

Sonda ADA Universitetinin baş müəllimi Lalə Məmmədova layihə əsaslı öyrənmənin şagird və tələbələri necə motivasiya etdiyini diqqətə çatdırıb.

Forumda həmçinin ADA Qazax Mərkəzi Məzunlar Assosiasiyası nümunəsində məzunlarla işin təşkili müzakirə olunub. ADA Qazax Mərkəzinin Məzunlar Assosiasiyasının sədri Aynurə Səfərova Məzunlar Assosiasiyasının illik fəaliyyət planı barədə məlumat verib. Daha sonra ADA Qazax Mərkəzinin baş məsləhətçisi Ziya Mirzəyev Məzunlar Assosiasiyasının 13 regional koordinatorunu elan edib.

Sonda Aynurə Mustafayevanın “Dəyərlər” adlı rəsm sərgisinin açılışı olub. Fevralın 2-dək davam edəcək sərgidə milli-mənəvi dəyərləri əks etdirən rəsm əsərləri nümayiş olunur.

Qeyd edək ki, hər il keçirilməsi planlaşdırılan forum öz fəaliyyəti ilə təhsildə liderlik, keyfiyyətin təminatı, qiymətləndirmənin təşkili, planlaşdırma, distant, inklüziv və xüsusi təhsil idarəçiliyi, peşə təhsili və bu sahələrin gələcək inkişafı üçün töhfələr verəcək.

37e46688-267f-3055-9b6a-d47ec798a263693053eb-bfce-34e7-90a2-fc85f790aba29cfa21b1-1645-35b9-8d19-c5f8865aa600c5b3dce0-599d-388f-a472-75d0254325e4

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı