Türkiyə müxalifəti namizəd məsələsində razılaşdı.
“Qərb Xəbər” bildirir ki, müxalifətin prezidentliyə vahid namizədi Kemal Kılıçdaroğlu olacaq. Ekrem İmamoğlu və Mansur Yavaş isə bələdiyyə başçılığını qorumaq şərti ilə prezidentin köməkçiləri təyin olunacaqlar.
Altı partiyanın üzv olduğu “Millət İttifaqı” 3 gün əvvəl vahid namizəd böhranı yaşamış, İYİ Partiyasının Meral Akşener ittifaqı tərk etmişdi. Yayılan xəbərlərə görə, Akşenerin tələbi Ekrem İmamoğlu və ya Mansur Yavaşın namizəd seçilməsi olub, ittifaqın digər üzvləri isə Kamal Kılıçdaroğlunun namizədliyi üzərində razılığa gəliblər.
Bu gün Ekrem İmamoğlu və Mansur Yavaş İYİ Partiyası qərargahına gedərək Meral Akşenerlə görüş keçirib. Bundan sonra görüşə Kılıçdaroğlu da qoşulub və onun namizədliyi, İmamoğlu ilə Yavaşın isə prezident köməkçisi olacaqları haqda razılıq əldə olunub.
Hamamtimes