Tovuz rayonunda hazırda yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi icra olunur.
Tovuz Rayon İcra Hakimiyyətinin “Qərb Xəbər”ə verdiyi məlumata görə, bugünədək Tovuz rayonu üzrə ümumilikdə 112205 doza vaksin vurulub.
Bunlardan 70675 nəfəri koronavirus infeksiyasına qarşı birinci doza peyvənd olunanlardır.