Avqustun 28-də Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qərb Xəbər”in məlumatına görə, Bayraq Meydanının yaxınlığında yolu keçmək istəyən Cahangir Mahmudovu avtomobil vurub.
Sürücü yaralını xəstəxanaya çatdırıb. Həkimlərin səyinə baxmayaraq, yaralı xəstəxanada dünyasını dəyişib.