Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Ağstafada “Tovuz-Qazax iqtisadi rayonunun tarixi irsinin qorunması” mövzusunda plenum keçirilib

7 ay ago
A A
3f996e798b97e6b28ce185f542887de9
3c8ed28558649920bbc6125a4aa9c83f
2d07431c1e15ac4cc3b7d7eb08b55b80
2fe85aea34fc4cdb4b790f7db8b8dc6f

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun iştirakı ilə “Tovuz-Qazax iqtisadi rayonunun tarixi irsinin qorunması və şəhərsalma inkişafı” mövzusunda plenum keçirilib.

“Qərb Xəbər” məlumat verir ki, həmçinin qoruq ərazisində aparılmış, arxeoloji qazıntılar zamanı aşkarlanmış zəngin maddi–mədəniyyət nümunələri, onların bərpa prosesinin icrası və qoruğa məxsus çap məhsullarından ibarət sərgi nümayiş etdirilib. Ağstafa rayon məktəblilərinin hazırladıqları, ulu əcdadlarımızın ovçuluq və yığıcılıqda geniş istifadə etdiyi silahların maketlərinin sərgisi maraqla qarşılanıb.

Sonra Heydər Əliyev Mərkəzinin akt zalında tədbirin rəsmi hissəsi başlayıb. Plenumda Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Memarlar İttifaqının katibi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Azərbaycan Memarlar İttifaqının Şəhərsalma üzrə komissiyasının sədri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar Sabitov, AMEA-nın Memarlıq və İncəsənət Universitetinin şöbə müdiri Raihə Amanzadə və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev məruzələrlə çıxış ediblər.

Plenum başa çatdıqdan sonra qonaqlar qədim yaşayış düşərgəsi olan Damcılı mağarasının yerləşdiyi “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunu ziyarət ediblər.

Son xəbərlər

imta

Sabahdan xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu başlayır

31 Yanvar 2023
63d9049f165e363d9049f165e4167516687963d9049f165e163d9049f165e2

Azərbaycanda metro və avtobuslarda gediş haqları qalxdı

31 Yanvar 2023
63d8fa42ee4d663d8fa42ee4d7167516422663d8fa42ee4d363d8fa42ee4d4

“Salamnews” və “İnterAz”la bağlı ŞOK FAKTLAR

31 Yanvar 2023
photo_5389017796005972519_y

Yusifin saatı: Aşıq sənətini yaşadanlar Aşıq Samir Cəlaloğlu ilə

31 Yanvar 2023
ead64379-baa5-344f-aec4-2db0177e3b6c_850

FED uçot dərəcəsini nə qədər artıracaq?

31 Yanvar 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.