Mayın 30-da Azərbaycan Respublikası Təhsil Nazirliyi “Dreamland Golf Club”da kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələriüçün təlimə başlayıb.
30-dək media nümayəndəsinin iştirak etdiyi təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.
İki gün davam edəcək təlimin ilk günündə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan gözləntilər, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyas)”, “İstedadlı uşaqlarla iş”, “Məktəb tikintisi”, “Ümumi təhsil haqqında”, “Təhsil haqqında” qanunlara dəyişikliklər, “Məktəblinin dostu – təhlükəsiz məktəb, arxayın valideyn”, “Dərsliklərlə təminat – mövcud vəziyyət və əsas hədəflər” və “Ehtiyat dərsliklər” mövzularında təqdimatlar olacaq və fikir mübadiləsi aparılacaq.