SON DƏQİQƏ: Silah anbarları partladıldı, 8 nəfər öldü, 9 nəfər yaralandı – Vəziyyət gərginləşdi – “Qərb Xəbər” Kiyevdə (FOTO)
Ukraynada fövqəladə vəziyyət elan edildikdən və Rusiyanın bu ölkəyə hücumundan sonra bu ölkədə vəziyyət daha da mürəkkəbləşib.
“Qərb Xəbər” Kiyevdən bildirir ki, hazırda Ukraynada bütün ölkə ərazisində bankomatlarda, mağazalarda və yanacaq doldurma məntəqələrinin qarşısında uzun növbələr və tıxaclar yaranıb. Vətəndaşlar yaşayış yerlərini tərk etməyə çalışır.
Avtomobil yollarında tıxaclar var. Buna səbəb Ukrayna hökumətinin Kiyevin mərkəzində çox sayda hərbi qulluqçuların toplamasıdır. Bu ölkədə bütün hava yolları bağlıdır. Uçuşlar dayandırılıb. Yalnız hərbi təyyarələrin hərəkətinə icazə verilir.
Rusiya tərəfi Ukrayna ordusunun Hərbi Hava Hücumundan Müdafiə Sistemlərini və əsgəri silah anbarlarını məhv edib.
Qarşıdurmalar zamanı 8 nəfər ölüb, 9 nəfər yaralanıb.
Kiyev hökuməti əhalinin panikaya düşməməyə, evdə oturmağa və həyəcan “çemodanı”nı (sənədləri və ən zəruri əşyaları) hazırlamağa çağırıb.
Ölkədə satılan qatar biletləri tükənib. Qatarlar çox yavaş hərəkət edirlər. Stansiyalardakı dayanmanın zaman müddəti uzadılıb.
Sürücülər nəqliyyat vasitələrinin atəşə tutulacağından çəkinirlər. Paytaxt küçələri tədricən boşalır. Silah səslərinin eşidilməsindən sonra insanlar evdən çıxmamağa çalışırlar. Ölkəni tərk etəmk istəyənlər isə, başqa yerlərə üz tuturlar.
Xarkovda partlayışlar yaşanır. Həmin partlayış anının fotosu ilə xəbəri sizə təqdim etmişik.
Xüsusi olaraq Kiyevdən,
Olesia Kuçina,




