Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Əsgərlərimiz Ermənistanın 20 kilometr dərinliyinə necə gedib? – Detallar

11 aprel / 09:49 3 dəq
Fe52123e7607b48f56da85679814ac87esger jpg
11 aprel / 09:49
Burada sizin reklamınız ola bilər
Erməni mediası Azərbaycan Ordusunun itkin düşən əsgərinin Ermənistanda həbs edildiyini iddia edib.
Bununla bağlı videogörüntülər yayılsa da, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatı olmadığı üçün məsələ qeyri-müəyyən olaraq qalır.
Ermənilərin iddialarındakı ziddiyyətlər də müəmmalı məqamları artırır. Erməni mənbələr azərbaycanlı əsgərin əvvəlcə Qarakilsə, daha sonra Bnunis kəndində olduğunu iddia edib. Bununla yanaşı, azərbaycanlı əsgərin bir erməninin evinə daxil olduğu, yemək yediyi, paltarını dəyişdikdən sonra isə kənd mağazasının önündə ermənilərlə kart oynadığı iddia olunur. Və bundan heç kimin xəbəri olmur. Müəmmalıdır. Videogörüntülərdə “azərbaycanlı əsgər” olaraq təqdim etdikləri şəxsin “üç gündür acam” sözləri ilə “erməni əsgərin evinə daxil olub, yemək yeyib” iddiaları da üst-üstə düşmür.
Təbii ki, hər şey rəsmi şəkildə aydınlaşdırılacaq. O da istisna deyil ki, əsgərlərimiz pis hava şəraitində azaraq, Ermənistan tərəfinə keçib.
Ermənistan parlamentinin deputatı, hərbi ekspert Tiqran Abramyanın dedikləri də buradakı müəmmalı məqamları artırır.
Abramyan deyir ki, azərbaycanlı əsgər Sisyan rayonunun Aşotavan (Ağkənd) kəndində saxlanılıb. Halbuki, erməni mənbələr başqa kəndlərdən bəhs edirdi.

 

 

 

Bununla yanaşı, Abramyan “saxlanılan azərbaycanlı əsgərin” sərhədi maneəsiz keçə bilməsinə diqqət çəkib.
“Azərbaycanlıları ilk olaraq müvafiq strukturların nümayəndələri deyil, yerli sakinlər saxlayıb”, – o bildirib.
Əgər “saxlanılma” xəbərlərinə inansaq, Abramyanın qeyd etdiyi bu məqam təsdiq edir ki, əsgərlərimiz yolu azaraq, sərhədi keçib. Əks təqdirdə ermənilərin iddia etdiyi kimi kəşfiyyatçı olsaydılar, nəinki yerli ermənilər, heç Ermənistanın hüquq-mühafizə orqanları da onları tuta bilməzdi.
Abramyan qeyd edir ki, Aşotavan kəndi Naxçıvanla sərhəddən düz xətt üzrə 19-20 kilometr, avtomobil yolu ilə 15-16 kilometr məsafədədir.
“Sərhəddi problem olmadan keçmələri, 19-20 kilometr dərinliyə nüfuz etmələri ölkənin təhlükəsizlik problemlərini göz önünə sərir”, – o bildirib.
Bütün bu fərziyyələr erməni mənbələrin yaydığı məlumatlar əsasında irəli sürülüb. Azərbaycan tərəfinin rəsmi məlumatı olmadığı müddətdə, dəqiq nəsə demək çətindir.
Asif Nərimanlı
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı