“Qərb Xəbər” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına əsasən, saxlanılanların bir qismi məhkəmə qarşısına çıxarılıb, qalan şəxslər isə istintaq təcridxanasında qalma müddətinin başa çatması ilə əlaqədar azadlığa buraxılıblar.
Qeyd edək ki, bu gün keçirilən etiraz aksiyasının iki əsas tələbi var idi. Bunlar hökumətin “xarici agentlər” haqqında qanunu necə geri çəkəcəyinə aydınlıq gətirilməsi və ötən iki gün ərzində saxlanılan şəxslərin dərhal azad edilməsi idi.