Bakı-Qazax avtomobil yolunda qəza baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində TIR idarəetmədən çıxaraq aşıb. Nəticədə yük maşınının sürücüsü Türkiyə vətəndaşı, 1963-cü il təvəllüdlü Halil Akbaş Seyfəddin oğlu xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.