Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Xəbər

Son 5 ildə Azərbaycanda insanlar arasında zoonoz xəstəliklərə yoluxma sayı 2,5 dəfə azalıb

8 iyun / 08:42 2 dəq
Aqta
8 iyun / 08:42
Burada sizin reklamınız ola bilər

Son 5 ildə Azərbaycanda insanlar arasında zoonoz xəstəliklərə yoluxan şəxslərin sayı 2,5 dəfə azalıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyətə başlamasının 5 illik yubileyi münasibətilə keçirilən tədbirdə bildirilib.

Qeyd edilib ki, heyvanların identifikasiyası və qeydiyyatı sistemi formalaşdırılıb və ölkə ərazisində mərhələli şəkildə həyata keçirilir.

Respublikada minimum tələblərə cavab verən heyvan kəsimi müəssisələrinin sayı 16-dən 106-ya çatdırılıb.

2018-2023-cü illər ərzində 3 240 adda baytarlıq preparatı dövlət qeydiyyatına alınaraq baytarlıq preparatlarının Dövlət Reyestrinə daxil edilib.

AQTA fəaliyyətə başladığı dövrdən idxal və ixrac sahəsində 33 ölkə ilə 88 baytarlıq sertifikatı forması qarşılıqlı razılaşdırılıb. İnsanlar arasında zoonoz xəstəliklərə yoluxan şəxslərin sayı 2,5 dəfə azalıb. Zoonoz xəstəliklərə yoluxan heyvanların ümumi heyvan sayında payı 5 faizdən 2,3 faizə qədər azalıb. Ölkədə ilk dəfə olaraq cari il yanvarın 19-da helikopterlə aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə ətyeyən vəhşi heyvanların məskunlaşdığı Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ və Oğuz rayonlarının 48 kəndətrafı və meşəlik sahəsinə aldadıcı yem vasitəsini səpələməklə peyvəndləmə tədbirləri həyata keçirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı