Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

“Şahdəniz” yatağından 189 milyard kubmetr qaz hasil edilib

26 aprel / 14:49 2 dəq
2240283
26 aprel / 14:49
Burada sizin reklamınız ola bilər

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı üzrə hasilatın ilk günündən bu yana təxminən 189 milyard kubmetr qaz hasil edilib.

Bunu BP şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Müstəqil Azərbaycanın memarı” adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Əsrin Müqaviləsi” imzalanandan bəri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan toplam 4,2 milyard barel neft hasil olunub: “Həmin müqavilə üzrə Azərbaycan Dövlət Neft Fonduna bu illər ərzində 67 milyard ABŞ dolları məbləğində vəsait daxil olub”.

B. Aslanbəyli bildirib ki, bu rəqəmlərən, yəni mənfəət neftinin satışından əldə olunan gəlirlərin ölkə iqtisadiyyatı, sosial və digər sahələrin inkişafı üçün əhəmiyyəti böyükdür: “Bu gün Xəzərdə mövcud olan 8 platforma var. 9-cu platformanın tikintisi iyun ayında yekunlaşacaq. 8 platformada və Səngəçal terminalında dünyanın neft və qaz sahəsində olan ən son texnoloji avadanlıqlar mövcuddur”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı