Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov saxlanılıblar.
Hər iki şəxs ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Yerli sakinlərin “Bölgənin Səsi” saytına verdiyi məlumata görə, buna səbəb rayonda rüşvətxorluq və korrupsiya hallarının artmasıdır.
Qeyd edək ki, bu barədə ilk xəbəri bakupost.az yayıb.