Bölgə xəbərləri

Şəmkirdəki qəzada ölən və yaralananlar var

13 fevral / 10:03 1 dəq
63e91c35d73df63e91c35d73e0167622149363e91c35d73dd63e91c35d73de
13 fevral / 10:03
Burada sizin reklamınız ola bilər

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Qərb Xəbər” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Hərəkətdə olan iki “Jeep” markalı minik avtomobil toqquşub.

Qəza zamanı 1971-ci il təvəllüdlü Təranə Nağıyeva hadisə yerində ölüb.

2005-ci il təvəllüdlü Nəzrin Nağıyeva,1975-ci il təvəllüdlü Nəsibə Nağıyeva, 1980-ci il təvəllüdlü Əbdul-Bahar Əlavi, 1989-cü il təvəllüdlü Mayis Rəfiyev, 1984-cü il təvəllüdlü Mühəməd Mehdi Əhmədi və 1998-ci il təvəllüdlü Səyaf Nəzari xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər