Dekabrın 8-i Gəncə Ağır Cinayətlər Məhkəməsində İlkin Süleymanovun növbəti məhkəmə prosesi keçirilib.
“Qərb Xəbər”in məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən Məhkəmə prosesində mərhum Nərmin Quliyevanın əmisi oğlu Qorxmaz Quliyev və əmisi Lətif Quliyev şahid qismində ifadə verib.
Növbəti məhkəmə prosesi 15 dekabr saat 16:30-a təyin edilib.