Gözəl səsləndirilən, intonasiyalı və səlis nitqi insan dayanmadan, sonsuza qədər dinləmək istər, savadsız və cahil insanın nitqi isə insanı qulaqlarını tutaraq uzaqlara qaçmağa sövq edir.
Bir çox yüksək intellektual adamlar buna baxmayaraq, öz fikir, hiss və duyğularını sözlərə çevirməkdə çətinlik çəkirlər.
Ancaq unutmaq lazım deyil ki, gözəl nitq insana heç də anadangəlmə verilmir, burada heç bir irsi və genetik faktorlar təsirli deyil. Onu məşq etdirmək mümkündür və gərəkdir. Hətta sizin ustaca natiq olmaq fikriniz olmasa belə, natiqlik səriştəsi və ünsiyyət bacarıqları bütün həyatınız boyu sizə gərəkli olacaq və sizin inkişafınıza təkan verəcək
Qərb Xəbər” sizə nitqin keyfiyyətini yüksəldəcək bir neçə tövsiyəni təqdim edir:
1) Daha çox ayrı-ayrı ədəbiyyat oxuyun: qəzet və jurnal. Düzdür, bugünkü qəzet və jurnalların dili ustalıqdan çox uzaqdır. Səlis yazı dili olan yazıçılara üstünlük verin. Təkcə Azərbaycan ədəbiyyatını deyil, tərcümə əsərlərini də oxuyun. Tələsmədən, hər bir cümlə üzərində fikirləşərək oxumaq lazımdır. Bu sizə cümlələri düzgün qurmağa, öz fikrinizi rahat ifadə etməyə və söz ehtiyatınızı artırmağa kömək edəcəkdir.
2) Öz nitqinizdən iki dəqiqədən bir, hər kəlmənin başlanğıcında istifadə etdiyiniz parazit-sözləri çıxarmağa çalışın: «yəni», «sadəcə», «misal üçün», «ay da», «şey», «deməli» və b. Nitqdə güclü emosiyaları ifadə etməyə çalışmayın, sadə birləşmələrdən istifadə edin və tələsməyin.
3) Nitqin tempini mütləq izləmək lazımdır. Monoton nitq insanları çox tez darıxdırır. Müəyyən fasilələrə yol verin və mütləq vurğulamaq istədiyiniz məqamları emosiyalar ilə fərqləndirin, ancaq güclü olmasın.
4) Söhbət zamanı çeşidli metaforalar, bənzətmələr, məsəllər, qarşılaşdırmalardan istifadə edin. Bu sizin nitqi nəzərə çarpacaq qədər canlandıracaq. Əlbəttə ki, yumor. Zarafat etmək, həmçinin də özünə gülmək, təbii ki, yerinə uyğun. Situasiya icazə verirsə, heç də zərər törətməz.
5) Öz nitqini məşq etdirmək üçün geniş ünsiyyət çevrəsinə sahib olmaq gərəkdir. Əhatə yoxdursa, radio və televizor köməyinizə çata bilər. Öz sevimli televiziya aparıcınızı təlqin edə bilərsiniz, onun intonasiyasına uyğun danışmaq və ya bənzər cümlə quruluşlarını işlətmək olar.
6) Daha bir maraqlı məşq üsulu vardır. Hər hansı bir məişət əşyasını götürün və beş dəqiqə ərzində həmin əşya haqqında bədii üslubda danışmağa, əşyanı təsvir etməyə çalışın. Bu əşya adi bir mətbəx tavası ola bilər. Öncə bu tapşırıq, sizdə müəyyən çətinliklər yaradacaq, amma məşğul olduqca, prosesin hər dəfə necə asanlaşdığını görəcəksiniz. Zaman keçdikcə məşq müddətlərini artırın və mövzunu çətinləşdirin. Bu tapşırıq sizə düzgün sözləri seçməyə kömək edəcək və siz adİ bir tava haqqında bir saat danışmağı bacarqcaqsınız.