Dünya

Amerika mediası: Tramp “tərəddüd edən” yeddi ştatın altısında liderdir

6 noyabr / 09:03 1 dəq
63aaa681 1be9 3cd0 ad00 0b964b72a07b 850 (1)
6 noyabr / 09:03
Burada sizin reklamınız ola bilər

ABŞ-də prezidentliyinə namizəd Donald Tramp “tərəddüd edən” yeddi ştatın altısında liderdir.

Qerbxeber.com xəbər verir ki, bu barədə aparıcı Amerika mediası, o cümlədən “Fox News” kanalı, “The New York Times”, “The Washington Post” və “Axios” portalının müvafiq təxminlərində göstərilib.

“Fox News”un məlumatına görə, Corciya ştatında bülletenlərin 90%-nin hesablanmasının nəticələrinə əsasən Tramp 51,11% səslə öndədir, Demokratlar Partiyasının namizədi Kamala Harris isə 48,19% səs toplayıb.

Şimali Karolinada Tramp 50,77%, Harris isə 48,12%, Pensilvaniyada isə Tramp 50,72%, Harris isə 48,34% səs toplayıb. Miçiqan, Viskonsin və Arizona ştatlarında da Tramp rəqibini qabaqlayıb. Qeyd edək ki, “tərəddüd edən” ştatlar seçkinin nəticəsinə təsir göstərir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı