İsrailin baş naziri Benyamin Netanyahu bir sıra hücumlardan sonra İordan çayının qərb sahilində və Şərqi Qüdsdə antiterror əməliyyatının genişləndirilməsinə hazırlığı müzakirə etmək üçün bazar günü əsas kabinet nazirləri ilə iclas keçirəcəyini bildirib.
“Qərb Xəbər” bildirir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb.
Qeyd edək ki, cümə günü günortadan sonra Şərqi Qüdsün Ramot yəhudi məhəlləsində bir avtomobil terrorçu tərəfindən avtobus dayanacağına çırpılıb, ikisi uşaq olmaqla üç israilli həlak olub. Kan radiosunun məlumatına görə, avtomobilin sürücüsü polis tərəfindən yerindəcə məhv edilib, ilkin məlumatlara görə, terrorçu təkbaşına hərəkət edib.