Şəmkirdə qadın cəsədi aşkarlanıb
Şəmkir rayonun Zəyəm Cırdaxan kənd sakini, 1959-cu il təvəllüdlü Əntiqə Məmmədovanın yaşadığı evdə üzərində xəsarət əlamətləri olan meyiti aşkarlanıb.
Qərb Xəbər bildirir ki, hadisə yerinə Şəmkir Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları cəlb olunub.
Faktla bağlı polis əməkdaşları tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı