Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Qazax rayonunun demoqrafik vəziyyəti açıqlanıb – STATİSTİKA

4 iyul / 13:30 2 dəq
Wl4yJN dovlet statistika komitesinin statistik vahidlere muracieti
4 iyul / 13:30
Burada sizin reklamınız ola bilər

Qazax rayonunun demoqrafik vəziyyəti açıqlanıb.

Bu barədə “Qərb Xəbər”ə Qazax Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2022-сi ilin əvvəlində rayonun əhalisi 99,2 min nəfər olmuş, şəhərdə 21,9 min nəfər,
kəndlərdə 77,2 min nəfər, ondan 10,8 min nəfər Daş Salahlı, 9,3 min nəfər Çaylı, 4,6 min
nəfər Kosalar, 4,3 min nəfər Aslanbəyli kənd kənd inzibati ərazi vahidində yaşayır.

Ötən ilə nisbətən rayon üzrə əhalinin sayı 246 nəfər, yaxud 0,3 faiz artmışdır.
Əhalinin ümumi sayından 50,7 faizini və ya 50,3 min nəfərini qadınlar, 49,3 faizini və ya 48,9 min nəfərini kişilər təşkil edir. Rayonun ərazisində 4171 nəfər məcburi köçkün qeydiyyata alınmışdır. Rayonda 2021-ci il ərzində 1063 körpə doğulmuş və 865 nəfər ölən qeydə alınmışdır.
Ölənlərin 2 nəfərini bir yaşa qədər körpələr təşkil etmişdir. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 10,7 təşkil etmişdir. Ölənlərin sayı 8,7 təşkil etmişdir. Hər 1000 nəfərə diri doğulan bir yaşa qədər ölən körpələrin sayı 1,9
olmuşdur.
2021-сi ildə Qazax rayonunda 563 nikah və 115 boşanma qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,7 boşanmaların sayı isə 1,2 təşkil etmişdir. 2020-сi illə müqayisədə 8 boşanma artmışdır.

Əhalinin son siyahıya alınmasının nəticələrinə görə rayon əhalisinin 99,6 faizini
azərbaycanlılar, 0,4 faizini isə digər millətlər təşkil edir.

Həsənova Ülviyyə.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı