Bölgə xəbərləri

Türkiyədə yenidən güclü zəlzələ olub

20 fevral / 22:14 1 dəq
Zelzele
20 fevral / 22:14
Burada sizin reklamınız ola bilər

Türkiyənin Hatay vilayətinin Defne rayonunda 6,4 maqnitudalı zəlzələ olub.

Bu barədə ölkənin Kandili rəsədxanası məlumat yayıb.

Fevralın 20-də yerli vaxtla saat 20:04-də qeydə alınan yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşir. Zəlzələnin Adanada da hiss olunduğu deyilir.

Bunun ardınca 5,8 maqnitudada daha bir zəlzələ baş verib.

Türkiyənin bəzi KİV-lərində zəlzələ nəticəsində dağıntıların olduğu deyilir.

Paylaş
Burada sizin reklamınız ola bilər