Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Bu tarixdən etibarən Azərbaycanda quru sərhədlər açılacaq

1 aprel / 15:12 3 dəq
Media 9999 pxc2l0fq3s41u5zg8hib
1 aprel / 15:12
Burada sizin reklamınız ola bilər

“Aprel ayında quru sərhədlərinin ya qismən, ya da tam açılması mümkün ola bilər”.

Qərb Xəbər bildirir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

O, qeyd edib ki, quru sərhədlərinin açılması ilə bağlı hökumətdə məsləhətləşmələr gedir:”Koronavirus pandemiyası dünyada yavaş-yavaş sona yetmək üzrədir. Azərbaycanda da bütün statistik göstəricilər yaxşıdır, epidemioloji situasiya gündən-günə yaxşılaşır. Bu səbəbdən məhdudiyyətlər də aradan qaldırılır. Mənim məlumatıma görə, quru sərhədlərinin açılması ilə bağlı hökumətdə məsləhətləşmələr gedir. Yəqin ki, aprel ayında quru sərhədlərinin ya qismən, ya tam açılması mümkün ola bilər”.

Deputat həmçinin qeyd edib ki, bu məsələ digər ölkənin epidemioloji vəziyyətindən də asılıdır:

“Quru sərhədlərinin açılması iki tərəfli həll olan məsələdir. Biz öz tərəfimizi aça bilərik, amma qarşı tərəfdə ölkənin epidemioloji vəziyyəti necədir, onlar açacaq, yoxsa yox, bundan da asılıdır. Ona görə də bu, hökumətlərarası danışıqlar səviyyəsində həll olunan bir məsələdir”.

Məsələ ilə bağlı deputat Rüfət Quliyev qeyd edib ki, quru sərhədlərinin açılması zamanı proses mərhələ-mərhələ baş tutacaq:

“Quru sərhədlərinin açılması üçün təkcə 5 günün, 10 günün, bir ayın koronavirus nəticələri kifayət deyil. Bununla mütəmadi olaraq məşğul olmaq lazımdır. Operativ Qərargah bu məsələ ilə məşğuldur. Əgər bu sərhədlər, Allahın köməyi ilə açılacaqsa, qərar verildikdən sonra onlar birdəfəlik deyil, mərhələ-mərhələ açılacaq”.

Deputatın sözlərinə görə, sərhədlər birdəfəlik açılsa, bu böyük bir fəlakətə gətirib çıxara bilər:

“Biz Operativ Qərargahın səyləri nəticəsində xəstliyin qarşısını kifayət qədər aldıq. Yeni yoluxmalar heç yüzə gəlib çatmır. Sərhədlər birdəfəlik açılsa, bu böyük bir fəlakətə gətirib çıxara bilər. Ona görə də darıxmayaq, biz Operativ Qərargaha inanaq. Orada hansı məsləhət olunsa, o qərar də veriləcək”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı