Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi həyata keçiriləcək

3 iyun / 18:10 2 dəq
665d88f57cb24665d88f57cb2517174059419981d33a83e31948bee6a0b610b40dc3
3 iyun / 18:10
Burada sizin reklamınız ola bilər

Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi həyata keçiriləcək.

Qerbxeber.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, tərəflər hər il bakalavriat proqramları üzrə 3 nəfər, magistratura proqramları üzrə 5 nəfər, doktorantura proqramları üzrə 2 nəfər, əsas (baza ali) tibb təhsili və rezidentura proqramları üzrə 2 nəfər tələbənin bərabər sayda mübadiləsini həyata keçirəcək.

Azərbaycan tərəfi texniki və texnoloji ixtisaslar qrupu üzrə 3 nəfərin (bakalavriat -1, magistratura -1, doktorantura-1), humanitar və sosial ixtisaslar qrupu üzrə – 3 nəfərin (bakalavriat -1, magistratura -1, doktorantura -1), iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə – 3 nəfərin (bakalavriat -1, magistratura-2), təbiət ixtisasları qrupu üzrə – 1 nəfərin (magistratura-1), əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupu üzrə və rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə – 2 nəfərin təhsilini təşkil edəcək.

Qazaxıstan tərəfi informasiya və kommunikasiya texnologiyaları, mühəndislik, emal və tikinti sənayesi üzrə – 5 nəfər (bkalavriat-1, magistratura -3, doktorantura-1), kənd təsərrüfatı və bioresurslar, incəsənət və humanitar elmlər, sosial elmlər, jurnalistika və informasiya, biznes, idarəetmə və hüquq üzrə 5 nəfər (bakalavriat -2, magistratura-2, doktorantura-1), səhiyyə və sosial təminat (tibb) ixtisasları üzrə – 2 nəfərin (fasiləsiz inteqrə olunmuş tibb təhsili proqramı (6 il) və rezidentura (5 ilədək təhsil) təhsilini təşkil edəcək

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı