Bölgə xəbərləri

Şəhid Pərviz Nağıyev Tovuzda torpağa tapşırılıb – Video

22 may / 15:58 1 dəq
IMG 20210522 WA0049
22 may / 15:58
Burada sizin reklamınız ola bilər

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Pərviz Güloğlan oğlu Nağıyevin nəşi Tovuz şəhər qəbiristanlığında dəfn olunub.

“Qərb Xəbər”in məlumatına görə, 1991-ci ildə Aşağı Öysüzlü kəndində anadan olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), çavuş Pərviz Nağıyev Vətən müharibəsində itkin düşmüşdü.

Şəhidin evində təşkil olunan vida mərasimində onun yaxınları ilə yanaşı, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və hərbçi yoldaşları iştirak ediblər.

Qeyd edək ki, P.Nağıyev Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. Ailəliydi, iki oğul övladları Vətənə əmanət qaldı.

Paylaş
Burada sizin reklamınız ola bilər