Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Pərviz Güloğlan oğlu Nağıyevın cənazəsi Tovuz rayonuna gətirilib.
“Qərb Xəbər”in məlumatına görə, 1991-ci ildə Aşağı Öysüzlü kəndində anadan olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), çavuş Pərviz Nağıyev Vətən müharibəsində itkin düşmüşdü.
Hazırda şəhidin evində təşkil olunan vida mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və hərbçi yoldaşları iştirak edirlər.
Mərhum Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, P.Nağıyev Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. Ailəliydi, iki oğul övladları Vətənə əmanət qaldı.