“Biz neft və qazı heç vaxt silah olaraq istifadə etmədik”.
“Qərb Xəbər” məlumat verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib.
“Biz Avropaya bizim neft və qazımızı alın, deməyəcəyik. Vəziyyəti sona qədər diplomatik yollarla həll etmək arzusundayıq. Bizim NATO ölkələri üçün təhdid planımız yoxdur”, – deyə nazir söyləyib.
Rahib İsgəndərli