Hadisə

Gürcüstanda ümumrespublika tətili elan edildi

15 yanvar / 22:47 1 dəq
IMG 20250115 WA0051jpg
15 yanvar / 22:47
Burada sizin reklamınız ola bilər

Gürcüstanda “Gürcüstan tətil edir!” şüarı altında işəgötürənlərin və işçilərin bir qismi tətil elan edib.

Qerbxeber.com “InterPress.ge”yə xəbər verir ki, ümumrespublika xəbərdarlıq tətili 3 saat davam edəcək.

Bu aksiyaya şirkətlər, universitetlər, ictimai iaşə obyektləri və digər biznes qrupları qoşulub.

Tətil çərçivəsində bir çox obyekt artıq bağlanıb, işçilər isə küçələrə çıxıb. Tətil iştirakçıları etirazlarını “Yeni seçkilər tələb edirik”, “Rejim məhbuslarına azadlıq” kimi müxtəlif şüarlarla ifadə ediblər.

Etiraz aksiyasının məqsədi Gürcüstanın təcrid şəraitində hansı vəziyyətə düşə biləcəyini cəmiyyətə göstərməkdir.

Paylaş
Burada sizin reklamınız ola bilər