İsraildə milli birlik hökuməti qurulub
İsraildə hakim koalisiya və müxalifət nümayəndələri Qəzza zolağı ətrafında davam edən döyüşlər fonunda milli birlik hökumətinin yaradılması barədə razılığa gəliblər.
“Qərb Xəbər” bildirir ki, bu barədə İsrail televiziyasının 13-cü kanalı məlumat yayıb.
Onun tərkibinə keçmiş müdafiə naziri Benni Qants, hazırkı Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantın qatıldığı deyilir.





