Çaylı kəndində qatarla yük maşını toqquşdu-xəsarət alanlar var
Qazaxda yük maşını qatarla toqquşub.
Mayın 22-də saat 17:00 radələrində rayonun Çaylı kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisədə xəsarət alan 3 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Qerbxeber.com-a TƏBİB-dən bildirilib.
“Hər birinə ilkin zəruri tibbi xidmət göstərilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin müalicəsi xəstəxananın Cərrahiyyə və Təcili tibbi yardım şöbələrində davam etdirilir. Xəsarət alanlardan 1 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta ağır ,1 nəfərin isə vəziyyəti stabil qiymətləndirilir”, məlumatda deyilir.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı