Dünya

Ruslar Xarkovda 3 dinc sakin öldürdü

4 avqust / 23:56 1 dəq
Pua
4 avqust / 23:56
Burada sizin reklamınız ola bilər

Rusiya ordusunun Ukraynanın Xarkov vilayətini davamlı atəşə tutması nəticəsində 3 dinc sakin həlak olub.

Qerbxeber.com bildirir ki,bu barədə Xarkov vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, avqustun 4-də səhər saatlarında Çuqevski rayonunun Losovka kəndində Rusiya hərbi qüvvələrinin zərbəsi nəticəsində yaşayış binasında yanğın baş verib. Yanğın söndürüldükdən sonra dağıntılar altından orta yaşlı kişi meyiti aşkarlanıb.

Həmçinin qeyd olunub ki, Rusiyanın pilotsuz uçuş aparatı yol boyu hərəkətdə olan mopedə çırpılıb. Nəticədə 49 yaşlı kişi və qadın həlak olub.

Paylaş
Burada sizin reklamınız ola bilər