Dünya

Rütte NATO ölkələrini Ukrayna üçün ABŞ-dan silah almağa çağırıb

4 avqust / 23:50 1 dəq
Rutte
4 avqust / 23:50
Burada sizin reklamınız ola bilər

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Baş katibi Mark Rütte Niderlandın Ukrayna üçün ABŞ-dən 500 milyon avro dəyərində silah almaq qərarını alqışlayıb və alyansın digər ölkələrini Amsterdamdan nümunə götürməyə çağırıb.

Qerbxeber.com bildirir ki, bu barədə NATO-nun mətbuat xidmətinin məlumatında deyilir.

“Mən NATO üzrə bütün müttəfiq dövlətlərə yazaraq onları bu yükün bölüşdürülməsi təşəbbüsünə töhfə verməyə təkidlə çağırdım və yaxın vaxtlarda digər müttəfiqlərdən daha vacib bəyanatlar gözləyirəm”, – Rütte bildirib.

Qeyd edək ki, daha əvvəl Niderland Ukraynaya “Patriot” zenit-raket kompleksləri, onların ehtiyat hissələri və raketlər də daxil olmaqla, ümumi dəyəri 500 milyon avro olan genişmiqyaslı silah paketi təqdim edəcəyini açıqlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı