Müharibənin 1325-ci günü: Rusiya nələr itirib?
Ukrayna müharibənin 1325-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Qerbxeber.combildirir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 120 510 hərbçi, 11 246 ədəd tank, 23 339 ədəd zirehli döyüş maşını, 33 547 ədəd artilleriya sistemi, 1 517 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 225 hava hücumundan müdafiə sistemi, 426 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 63 775 ədəd avtomobil texnikası, 68 547 ədəd PUA, 3 841 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 973 xüsusi avadanlıq itirib.





