Dünya

Rusiyaya hərbi güc tətbiq etməyə hazırıq-PANETTA

20 oktyabr / 10:37 1 dəq
Panetta
20 oktyabr / 10:37
Burada sizin reklamınız ola bilər

NATO müttəfiqini qorumaq zərurəti yaranarsa, ABŞ Rusiyaya qarşı hərbi güc tətbiq etməyə hazırdır.

Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş müdafiə naziri (2011-2013) Leon Panetta deyib.

Onun sözlərinə görə, Vladimir Putinin anladığı yeganə dil gücdür. Ona görə də Moskva ilə danışıqlar aparmaq üçün güc tətbiq etmək lazımdır:

“Ona başa salmalıyıq ki, biz heç bir halda Rusiyanın Ukraynada uğur qazanmasına imkan verməyəcəyik. Bu, Kiyevi qabaqcıl silahlarla təmin etmək, Rusiyadakı hədəfləri vurmaq imkanı – dronları və raketləri Ukrayna torpaqlarına hücum etməmişdən əvvəl məhv etmək deməkdir. Onlar Ukraynaya İsrailin istifadə etdiyi Dəmir Qübbənin ekvivalentini verməlidirlər”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı