Xəbər

Dövlət Komissiyası itkin düşmüş azərbaycanlıların basdırıldığı məzar yerlərinin siyahısını açıqlayıb

10 aprel / 12:58 2 dəq
1c3a1a27 fab8 3ccd 94cf b8aef86ffd0b
10 aprel / 12:58
Burada sizin reklamınız ola bilər

“Azad edilmiş və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərimizdə məzar yerləri mövcuddur”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, Dövlət Komissiyasında olan məlumatlara əsasən, vaxtilə işğalda olmuş Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Aşağı Seyidəhmədli, Məlikcanlı, Yuxarı Veysəlli kəndləri, Cəbrayıl rayonunun Dərzili, Çaytumas kəndi istiqamətində, Kəlbəcər rayonunun Bağırlı, Yanşaq, Qamışlıq, Ağdaban kəndi yaxınlığında, “Buzluq” dağı adlanan ərazidə, “Murovdağ” yüksəkliyində, Kəlbəcər şəhəri ərazisində, Suqovuşan kəndində, Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı, Güllücə kəndləri, Qubadlı rayonunun Göyyal kəndi, Şuşa şəhərindəki qəbiristanlıqda, Xocavənd rayonunun Edilli kəndi və hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi şəhəri, Xocalı və Xocavənd rayonlarının, həmçinin keçmiş Ağdərə rayonunun ərazisində məzar yerləri mövcuddur.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Paylaş
Burada sizin reklamınız ola bilər