“Rusiya gələcəkdə Ukrayna ilə təmaslara hazırdır, ancaq belə bir dialoqun əlavə dəyərinin nə olacağını başa düşməlisiniz”.
“Qərb Xəbər” məlumat verir ki, “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Türkiyədə keçirilən görüş Rusiya ilə Ukrayna arasında Belarusda başlayan danışıqları əvəz etmir.
Lavrov, həmçinin əlavə edib ki, Kuleba Antalyada keçirilən görüşdə heç bir yeni fikir irəli sürməyib.