Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Rusiya Qarabağdakı separatçıları fəallaşdırır – Şərh

17 may / 16:49 4 dəq
Erməni ordu separatçı
17 may / 16:49
Burada sizin reklamınız ola bilər
Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən sonra Qarabağdakı separatçılar etiraz aksiyası keçiriblər.
Onlar Avropa İttifaqının vasitəçiliyinə, görüşdən sonra Azəbaycan və Ermənistanın liderlərinin qarşılıqlı olaraq, biri-birinin ərazi bütövlüyünü dəstəklədikləri barədə açıqlamalarına etiraz ediblər.
Qarabağdakı separatçı rejimin “xarici işlər nazirliyi” Aİ Şurasının prezidenti Şarl Mişeli tənqdi edərək bildirib ki, müzakirələrdə “Qarabağdakı ermənilərin hüquqlarının müdafiəsi deyil, onların müqəddəratlarını təyin etməsi” müzakirə olunmalıdır. Separatçı qurumun “prezident”inin “müşaviri” David Babayan isə Avropa İttifaqının Rusiyaya qarşı vahid cəbhə yaratmaq məqsədilə bu görüşü təşkil etdiyini bildirib.
Separatçılar arasında Avropa İttifaqı əleyhinə əhval-ruhiyyənini güclənməsinin səbəbi nədir? Bu məsəldə Rusiyanın rolu varmı?
Politoloq Oqtay Qasımov hesab edir ki, Rusiya danışıqlar prosesində moderatorluq imkanlarını artırmaq üçün separatçıların hay-küy salmasına çalışır və bundan istifadə etmək istəyir.
“Qərb Xəbər” məlumat verir ki, o, Bakupost.az -a açıqlamsında bildirib ki, ermənilərin siyasi proseslərlə bağlı ümid etdikləri bəzi proqnozlar özünü doğrultmayıb:
“Bunlardan biri Rusiya-Ukrayna savaşının nəticəsi, digər önəmli hadisə isə qardaş Türkiyədə keçirilən seçkilər idi. Ermənilər və onlara havadarlıq edən bir çox beynəlxalq Türkiyədə hakimiyyətin dəyişəcəyini düşünürdülər. Hesab edirdilər ki, sənab Ərdoğanın yerinə gələcək başqa şəxs Güney Qafqaz siyasətində, Azərbaycanla münasibətlərdə dəyişiklik edəcək. Bu da alınmadı”.
O.Qasımov qeyd edib ki, Rusiya 30 ildən çoxdur bölgədə separatçı- terrorçu rejimin qurulmasında birbaşa iştirak edir:
“Rusiya bu rejimi yaradan və bu günə qədər qoruyub saxlayan əsas gücdür. Bu gün də həmin separatçılar Rusiyanın himayəsi altındadır. 44 günlük savaşdan sonra Araikin dəfələrlə Moskvaya səfər etməsi, Ruben Vardanyanın Moskvadan Qarabağa konkret tapşırıqlarla göndərildiyni bilirik. Tiqran Petrosyan adlı yeyni biri peyda olub. O, Rusiya sülhməramlı kontingentin komandanı ilə görüşüb və Moskva rəsmiləri ilə görüş tələb edir. Rusiya Qarabağda separatçı-terrorçu rejimi saxlamaq, gərginliyi davam etdirmək, yerləşdirdiyi sülhməramlı kontingentin daha uzun müddət bölgədə qalmasını təmin etmək istəyir”.
Politoloqun sözlərinə görə, Qarabağdakı separatçı rejim isə sonun yaxınlaşdığını hiss edir:
“Qarabağdakı separatçılar özləri müstəqil qərar verə bilməzlər. Onlar kənardan idarə olunurlar. Onlara həm Ermənistandan, həm də Rusiyadan müəyyən təlimatlar verilir. Keçirdikləri aksiya boş bir çırpınışdır. Onlar çıxış yollarının daraldığını bilirlər. Ona görə də hay-küy salaraq diqqət çəkmək istəyirlər. Bu, irəliləməkdə olan prosesə təsir etməyəcək. Eyni etirazı biz ekofəalların Laçın yolundakı aksiyası başlayandan sonra da görmüşdük. Onda beynəlxalq reaksiyalar hazırkı reaksiyadan daha ciddi idi. Amma buna baxmayaraq, Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradıldı. Yəni artıq qatar gedib. Anadoluda məşhur bir deyim var, “qorxunun əcələ faydası yoxdur”. Azərbaycan davamlı olaraq öz iradəsini ortaya qoyur. Onlar başa düşməlidir ki, Azərbaycan bölgənin bütün ərazilərində suveren hüquqlarını bərpa edəcək. Qarabağ ərazisində yaşayan ermənilər də Azərbaycan qanunlarını qəbul etməli olacaqlar”.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı