Rusiya MN: Qara dənizdə ABŞ-yə aid PUA-ların uçuşu toqquşma riskini artırır
ABŞ-yə məxsus strateji pilotsuz uçuş aparatlarının Qara dəniz üzərindən uçuşu NATO ilə Rusiya arasında havada birbaşa toqquşma riskini artırır.
Qerbxeber.com TASS-a istinasən xəbərinə görə, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Məlumatda son günlər ABŞ-nin hərbi arsenalına aid analoji uçuş vasitələrinin sözü gedən akvatoriyadan intensiv manevrlərinin müşahidə olunduğu qeyd edilib:
“Bu addım həm ABŞ, həm də NATO-nun Ukraynadakı münaqişədə hakimiyyəti dəstəkləyən tərəf olaraq iştirakını getdikcə daha da artırdığını göstərir. Analoji uçuşlar Rusiya Hərbi Kosmik Qüvvələri ilə hava məkanı üzərində toqquşma riskini daha da artırır”.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı