Vaşinqton ötən il oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinə əsaslanaraq Gürcüstanda hakimiyyət dəyişikliyində qərarlıdır.
Qerbxeber.com RİA “Novosti”yə istinadən xəbərinə görə, bu barədə məlumat Rusiyanın Xarici Kəşfiyyat Xidmətindən bildirilib.
Vurğulanıb ki, bu məqsədlə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının ölkə daxilində nüfuzdan salınması, daxildə baş verən bütün uğursuzluqlarda məhz Rusiyanın günahlandırılması istiqamətində plan hazırlanıb: “Seçilmiş taktikaya əsasən bu planın əsas hərəkətverici qüvvəsi olan Prezident Salome Zurabişvili ABŞ mətbuatına müsahibə verib ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin dondurulmasında Rusiyanı ittiham edəcək. O, müsahibəsində həmçinin hökumətin Rusiya ilə yaxınlaşmasının faciəvi nəticələri barədə də danışacaq”.
Qeyd edilib ki, ABŞ tərəfindən Gürcüstan müxalifətinə ölkədə etiraz aksiyalarının keçirilməsinə dair göstəriş verilib.