Dünya

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi başa çatıb

25 may / 15:11 1 dəq
Images 2025 05 23t100456.347
25 may / 15:11
Burada sizin reklamınız ola bilər

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib.

Qerbxeber.com Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mayın 16-da İstanbulda əldə olunmuş Rusiya-Ukrayna razılaşmalarına əsasən, Kiyevin nəzarətində olan ərazidən 303 Rusiya hərbçisi geri qaytarılıb.

Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 303 hərbi əsiri Kiyevə təhvil verilib.

Rusiya MN-dən bildirilib ki, İstanbul razılaşması çərçivəsində “1000-in 1000-ə ” formuluna əsasən məhbus mübadiləsi başa çatıb.

Paylaş
Burada sizin reklamınız ola bilər