İyunun 29-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 isti, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 15-20 isti, gündüz 25-30 dərəcə isti olacaq.