Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Ərdoğan TDT-nın Qəbələ zirvəsi barədə paylaşım edib

7 oktyabr / 19:50 3 dəq
ərdoğanq
7 oktyabr / 19:50
Burada sizin reklamınız ola bilər

Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsini Azərbaycanın, köklü tariximizin izlərini daşıyan gözəl şəhəri Qəbələdə keçirdik.

Qerbxeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” platformasında yazıb.

“İmzalanmış Qəbələ Bəyannaməsinin, başda Türk dünyası olmaqla, bütün dost və qardaş ölkələr üçün xeyirli olmasını arzulayıram.Təşkilatın geridə qoyduğu 16 il kimi qısa müddətdə “dildə, fikirda, işdə birlik” şüarı ilə əldə etdiyi uğurlara yenilərini əlavə edirik. Belə bir dövrdə zirvəmizin mövzusunun “Regional Sülh və Təhlükəsizlik” olaraq müəyyən olunmasını son dərəcə yerində və mənalı hesab edirik.

Digər əlaqədar beynəlxalq təşkilatlar və ittifaqlarla qarşılıqlı əlaqədə səsini və gücünü ortaya qoyan bir vizyonu həyata keçirə bilməliyik.

Bu baxımdan, bu gün üzərində razılıq əldə etdiyimiz TDT Plus formatının üçüncü tərəflərlə əməkdaşlığımıza yeni nəfəs gətirəcəyinə ürəkdən inanıram.

Terrorizm, qeyri-qanuni miqrasiya, kibertəhlükələr və iqlim dəyişikliyi kimi məsələlərə qarşı ortaq bir mövqe ilə cavab verə biləcəyimizə, öz göy qübbəmiz altında öz təhlükəsizliyimizi gücləndirə biləcəyimizə inanıram.

İyul ayında keçirilmiş Türk Dövlətləri Təşkilatının Müdafiə Sənayesi Qurumlarının Birinci Toplantısını bu baxımdan əhəmiyyətli bir addım olaraq qiymətləndirirəm.

Nəqliyyat, enerji təhlükəsizliyi və ticarət inteqrasiyası sahəsindəki təşəbbüslərimizi də bu yanaşmanın tamamlayıcı hissələri kimi görürük.

Aramızdakı enerji və rabitə əlaqələrini daha səmərəli hala gətirəcək layihə və investisiyalara yönəlməyimiz hamımızın mənafeyinə uyğundur.

Özbəkistan, Qırğızıstan və Tacikistan arasında sərhədin birləşmə nöqtəsinə dair mart ayında imzalanmış anlaşmanı da məmnuniyyətlə qarşılayırıq.

Zirvəmizin xeyirlərə vəsilə olmasını diləyir, Azərbaycana və dəyərli qardaşım cənab Əliyevə mükəmməl ev sahibliyinə görə təşəkkürümü bildirirəm”, – deyə Türkiyə Prezidenti əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı