Dünya

Rusiya hərbi əməliyyatları bu vilayətlərin ərazisinə keçirməyə çalışır – Aleksandr Sırski

13 mart / 10:21 2 dəq
Sirski
13 mart / 10:21
Burada sizin reklamınız ola bilər

Kursk vilayətinin Sudja bölgəsində və ətraf ərazilərində aktiv hərbi əməliyyatlar davam edir. Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmaq üçün hava-desant qoşunlarının və xüsusi əməliyyat qüvvələrinin hücum bölmələrindən istifadə edir.

Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski “Facebook”dakı səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya qoşunları Ukrayna qüvvələrini Kursk vilayətindən sıxışdırıb çıxarmağa və hərbi əməliyyatları Sumı və Xarkov vilayətləri ərazisinə keçirməyə çalışır.

Sırski bəyan edib ki, düşmən artıq xeyli itki verib. “Kursk əməliyyatı başlayandan (2024-cü il avqustun 6-dan) rus qoşunlarının ümumi itkiləri 54,9 min nəfəri ötüb. Bərpası mümkün olmayan – 22,2 mindən çox hərbçi yaralanıb”, – deyə Sırski qeyd edib.

O, Rusiya aviasiyasının öz ərazisinə zərbələr endirməkdə davam etdiyini diqqətə çatdırıb. Sudja şəhərinə endirilən aviazərbələr nəticəsində bu yaşayış məntəqəsi demək olar ki, tamamilə dağıdılıb.

“Ukraynalı əsgərlərin həyatını xilas etmək prioritet olaraq qalır, ona görə də lazım gələrsə, bölmələr daha sərfəli mövqelərə manevrlər həyata keçirir” – deyə Sırski vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər