Dünya

Sabah Ay tutulması olacaq

13 mart / 10:41 1 dəq
67d27ad833ce167d27ad833ce2174184725666ab9008d270e5b4c5827387990a34cf
13 mart / 10:41
Burada sizin reklamınız ola bilər

Mart ayının 14-də ilin ilk Ay tutulması baş verəcək.

Şamaxı Astrofizika Rəsədxanasından Qerbxeber.com verilən xəbərə görə, bu tutulma tam Ay tutulması olacaq.

Bildirilib ki, tutulma hadisəsi Şimali və Cənubi Amerika, Avstraliyanın çox hissəsi, Avropanın qərbi, Asiyanın şərq hissəsi, Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edəcək: “Bakı vaxtı ilə saat 07:57-də başlayacaq və 14:00-da bitəcək. Ümumilikdə tutulma 6 saat davam edəcək, tam tutulma isə saat 10:26-da başlayıb saat 11:31-də bitəcək. Tam tutulmanın maksimumu saat 10:58-də olacaq”.

Qeyd edilib ki, gözlənilən tam Ay tutulması yerli vaxtla gündüz saatlarına uyğun gəldiyi və Ay üfüqdən aşağıda olacağı üçün Azərbaycandan görünməyəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər