Rusiya Avdeyevkanı atəşə tutub, ölənlər və yaralananlar var
Rusiya Silahlı Qüvvələri “Qrad” və “Smerç” reaktiv yaylım atəş sistemləri vasitəsilə Ukraynanın Donetsk vilayətinin Avdeyevka şəhərini, Stepanovka, Stepnoe və Makarovka kəndlərini atəşə tutub.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə “RBC-Ukraina” Ukrayna Baş Prokurorluğuna istinadən məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində 3 nəfər ölüb, 5 nəfər isə yaralanıb.





