İdman

“Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində rəqibi müəyyənləşib

23 fevral / 15:56 1 dəq
Qarabag
23 fevral / 15:56
Burada sizin reklamınız ola bilər

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Qerbxeber.com xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində “Qarabağ”ın rəqibi bəlli olub.

“Qarabağ” 1/8 final mərhələsində “Bayer”lə (Leverkuzen, Almaniya) qarşılaşacaq.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasiminin nəticələri:

“Vest Hem” (İngiltərə) – “Frayburq” (Almaniya)
“Brayton” (İngiltərə) – “Roma” (İtaliya)
“Atalanta” (İtaliya) – “Sportinq” (Portuqaliya)
“Reyncers” (Şotlandiya) – “Benfika” (Portuqaliya)
“Liverpul” (İngiltərə) – “Sparta Praga” (Çex Respublikası)
“Vilyarreal” (İspaniya) – “Olimpik Marsel” (Fransa)
“Slaviya Praqa” (Çex Respublikası) – “Milan” (İtaliya)
“Bayer Leverkuzen” (Almaniya) – “Qarabağ” (Azərbaycan)

Qeyd edək ki, “Qarabağ” və “Bayer Leverkuzen” qrup mərhələsində eyni qrupda mübarizə aparıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı