Dünya

Rumıniya XİN-dən Azərbaycanla bağlı açıqlama

18 oktyabr / 17:35 1 dəq
Ruminya
18 oktyabr / 17:35
Burada sizin reklamınız ola bilər

Rumıniya Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqliyini təsdiqləyir və qarşılıqlı maraq doğuran bütün sahələrdə birgə layihələrin reallaşdırılmasını sürətləndirməyi planlaşdırır.

Qerbxeber.com xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirik! Rumıniya Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqliyini təsdiqləyir və qarşılıqlı maraq doğuran bütün sahələrdə birgə layihələrin reallaşdırılmasını sürətləndirməyi planlaşdırır. Rumıniya və Azərbaycan Avropa və Cənubi Qafqazı bir-birinə yaxınlaşdırmağı hədəfləyən vacib əlaqə təşəbbüslərində əsas tərəfdaşlardır”, – paylaşımda qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər