Ermənistan tərəfinin guya bu gün aviasiya vasitəsilərimizin tətbiqi ilə Ağdərə şəhərinə zərbələr endirilməsi barədə yaydığı xəbər dezinformasiyadır.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Bildiririk ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb”, – məlumatda vurğulanıb.